Rusiya Ukraynaya 3000 "Mikrob" atacaq

 Rusiya Ukraynaya  3000 "Mikrob"  atacaq
  22 Yanvar 2025    Oxunub:466
Rusiya Ukraynada döyüşən hərbi birləşmələrini yeni nəsil kamikadze Pilotsuz Uçuş Aparatları(PUA) ilə təmin edib.
Bu barədə TASS məlumat yayıb. Qeyd olunur ki, "Mikrob" adı verilmiş yeni PUA-ları digərlərindən fərqləndirən cəhəti süni intellekt sistemi ilə idarə olunmalarıdır. Artıq 3000 "Mikrob" Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına çatdırılıb.

Ukrayna Böyük Britaniya və müttəfiqlərindən 30 min yeni PUA alacaq
"Dronumuz həm də izləmə sisteminə malikdir. Operator hədəfi qeyd etdikdən sonra, "Mikrob" düşmənin necə manevr etməsindən asılı olmayaraq, onu müstəqil şəkildə izləyə bilir. Bu dron kifayət qədər dinamik xüsusiyyətlərə malikdir - yüksək sürətlə və həddindən artıq yüklənməyə rəğmən də uça bilir",- məlumatda qeyd edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başlayıb. Amma bu da uğurlu olmayıb.Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   PUA  





Xəbər lenti