Mütəxəssislər qeyd ediblər ki, ilk vaxtlarda KXDR hərbçilərini döyüş meydanına artilleriya, dron və ya zirehli texnikanın dəstəyi olmadan böyük qruplar halında buraxırlarmış. Bu isə onları Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri üçün asan "yem"ə çevirirdi.
![]() |
3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu" |
Qəzetə açıqlama verən 225-ci alayın komandiri, kapitan Oleq Şiryayev də mövcud durumdan gileylənib:"Onlar bu təcrübə toplamaqlarını öz qanları ilə ödəyirlər. Amma bu təcrübə boşa da getmir".
"The Wall Street Journal" oxucularına indi cəbhədə iki təhlükəli və təcrübəli düşmənin hərəkət etdiyini xatırladıb: "Kim Çen Inın əsgərlərinin ən sürətli adaptasiyalarından biri pilotsuz təyyarələrə qarşı hərəkətlərlə bağlıdır. Şimali koreyalılar ilk dəfə döyüş meydanına yerləşdiriləndə əsgərlər sadəcə olaraq onlara doğru uçan dronlara baxırdılar. KXDR döyüşçüləri partlayıcılarla təchiz edilmiş Ukrayna dronlarının ciddi təhlükə yaratdığını anlamadılar. Lakin tez bir zamanda dronlardan qaça bilmək və ya onları məhv etmək taktikalarını da öyrəndilər".
Xatırladaq ki, "The Washington Post" bir dəfə də oxşar mövzuda məqalə dərc etmişdi. Nəşr iddia edirdi ki, Kim Çen Inın əsgərləri Putinin əsgərlərindən yaxşı döyüşürlər.
KXDR hərbçilərinin Rusiya qoşunları ilə birgə döyüşlərə qatılması haqqında xəbərlə r ötən ildən yayılır. Bu ilin yanvar ayında isə iki əsgərin əsir düşməsi bu məlumatların doğruluğunu təsdiqləmiş oldu.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az