Xarici valyuta ilə kreditlərlər bərpa edildi

Xarici valyuta ilə kreditlərlər bərpa edildi
  05 May 2016    Oxunub:2033
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kredit təşkilatlarına xarici valyuta ilə kreditlərin verilməsinə qoyduğu qadağanı aradan qaldırıb.
AzVision.az xəbər verir ki, bu barədə banklardan məlumat verilib. Məlumata əsasən, banklar xarici valyutada kreditləri bəzi şərtlərlə verə bilər. Yaxın vaxtlarda Palata yeni şərtləri ictimaiyyətə detallı açıqlayacaq.

Xatırladaq ki, aprelin 5-də MBNP Direktorlar Şurasının aprelin 4-də keçirilən iclasında Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Bildirilib ki, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib. Həmçinin qeyd olunub ki, Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.(APA)

AzVision.az


Teqlər:  





Xəbər lenti