"Biz Türkiyə, İran körfəzi ölkələri və Avropa ilə bir yerdəyik - bu dəfə qoşunlarla, ritorika və ya xəyali sərhədlərlə yox, Suriya xalqının özü ilə çiyin-çiyinəyik. Əsəd rejiminin süqutu ilə biz sanksiyaları qaldıraraq sülhün qapısını açdıq, Suriya xalqına nəhayət ki, rifah və təhlükəsizliyə doğru yol tapmağa imkan verdik”, - bəyanatda deyilir.
Səfirin sözlərinə görə, bir əsr əvvəl Qərb xəritələr, mandatlar, cızılmış sərhədlər və mühacirətdə hökumətlər sırıyıb. Sayks-Piko razılaşması Suriyanı və bütün bölgəni sülh üçün deyil, imperiya qazancı üçün bölüb. Bu səhv bir çox nəslin həyatı bahasına olub. Amma indi ABŞ bunu təkrar etməyəcək.
- Qərb müdaxiləsi dövrü başa çatıb və gələcək regional həllər və tərəfdaşlıq və hörmətə əsaslanan diplomatiyaya məxsusdur. ABŞ prezidenti Donald Trampın mayın 13-də Ər-Riyadda söylədiyi kimi Qərb müdaxiləçilərinin necə yaşamaq və idarə etmək barədə mühazirələr oxuması üçün Yaxın Şərqə gəldikləri dövrlər geridə qalıb”, - Tom Barrak vurğulayıb.
![]() |
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb |
Xatırladaq ki, 1916-cı ilin mayında Böyük Britaniya və Fransa yüksək rütbəli diplomatlar arasında nota mübadiləsi yolu ilə Sayks-Piko sazişini bağlayıblar. Birinci Dünya müharibəsinin sonunda Osmanlı İmperiyasının əhəmiyyətli hissəsinin Müttəfiqlər arasında bölüşdürülməsinə dair gizli razılaşmanın müəllifləri ingilis diplomatı Mark Sayks və onun fransalı həmkarı Jak Piko idi.
Gizli sazişə əsasən, fransızlar müasir Türkiyənin cənub-şərqini, Şimali İraqı, Suriyanı və Livanı almalı idilər. İngilislər isə müasir İraqın cənub və mərkəzi bölgələrinə, müasir İordaniyaya uyğun gələn və Hayfa şəhəri ətrafındakı torpaqlara nəzarəti ələ keçirirdilər.
Bu iki zona arasındakı ərazidə (bu gün Suriyanın bir hissəsi, İordaniya, İraqın qərbi və Ərəbistan yarımadasının şimal-şərq hissəsi) Britaniya-Fransa protektoratı altında ərəb krallığının yaradılması nəzərdə tutulurdu. Müqaviləyə qoşulan Rusiyaya isə Bosfor və Çanaqqala (Dardanell) boğazları vəd edilirdi.
Sahil İsgəndərov
AzVision.az