Dövlət qoruğunda çətənə plantasiyası aşkarlandı

Dövlət qoruğunda çətənə plantasiyası aşkarlandı
  05 İyul 2016    Oxunub:2029
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilərin aşkar edilməsi məqsədilə iyulun 5-də Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti əməliyyat axtarış tədbirləri keçirib.
ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AzVision.az -a bildirib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-ci il üçün “İş Planı” çərçivəsində birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 9 saylı dolayının 8 yerində müxtəlif ölçülərdə aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkar edilib.

Eyni zamanda sözügedən ərazidə 3 polietilen örtüklü kiçik istixanada çoxlu sayda kiçik ölçülü narkotik xassəli bitki, 2 yerdə isə çadırdan düzəldilmiş 2 sığınacaq müəyyən olunub.

Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti