İtkin düşən neftçilərin yaşayış bloku tapılıb

İtkin düşən neftçilərin yaşayış bloku tapılıb
  17 Dekabr 2016    Oxunub:4219
İtkin düşən neftçilərin axtarış işləri zamanı hadisə yerindən təqribən 180 metr cənub istiqamətində suyun dibində bəzi parçaları qırıq vəziyyətdə olan itkin düşmüş neftçilərin yaşayıb bloku aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin “Facebook” səhifəsində məlumat qeyd olunub.

Bildirilib ki, dalğıclar yaşayış blokunun içərisinə daxil olaraq müşahidə aparıblar və hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb.

Axtarış işləri davam etdirilir.

Ötən gün isə itkin düşən neftçilərin soyunub-geyinmə budkası aşkarlanmışdı.

Qeyd edək ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz – operator

Dekabrın 15-də axtarış nəticəsində 3 saylı Neft Yığım Məntəqəsinin operatoru, 1958-ci il təvəllüdlü Bakı şəhəri Ələt qəsəbəsinin sakini İlham Əlihüseyn oğlu Qafarovun meyiti tapılıb və aidiyyatı üzrə təhvil verilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti