`Astan Şahverdiyevə xəbərdarlıq edilib` - Komissiya sədri

`Astan Şahverdiyevə xəbərdarlıq edilib` - Komissiya sədri
  27 Dekabr 2016    Oxunub:4071
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
Komissiya sədri, deputat Ağacan Abıyev AzVision.az-a bildirib ki, iclas millət vəkili Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlılarla bağlı çıxışına görə olub.

“Bütün komissiya üzvlərinin iştirak etdiyi iclasda Astan Şahverdiyev səhvini etiraf etdi və Azərbaycan xalqından üzr istədi”.

A.Abıyev Astan Şahverdiyevə xəbərdarlıq edildiyini vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti