Xaricdən nə alıb, nə satırıq? - Ötən ilin statistikası
Ticarət dövriyyəsinin 36,8%-i Avropa İttifaqı ölkələri, 12,5%-i MDB üzvü dövlətləri, 50,7%-i isə dünyanın digər ölkələrinin payına düşüb.
İxracın dəyərinin 17,1%-i İtaliyaya, 12,7%-i Türkiyəyə, 8,4%-i Tayvana (Çinin əyaləti), 7,0%-i Almaniyaya, 6,9%-i İsrailə, 5,2%-i Fransaya, 4,8%-i Hindistana, 4,4%-i Rusiyaya, 3,7%-i Gürcüstana, 2,8%-i Xorvatiyaya, qalan 27,0%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 17,8%-i Rusiyanın, 13,8%-i Türkiyənin, 8,2%-i Çinin, 6,1%-i Birləşmiş Krallığın, 5,6%-i ABŞ-ın, 4,7%-i Almaniyanın, 3,9%-i İtaliyanın, hər biri 3,5%-i olmaqla Norveç və Yaponiyanın, 3,4%-i Ukraynanın, 2,6%-i Sinqapurun, 26,9%-i isə digər ölkələrin payına düşüb.
Ötən ilin yanvar-noyabr aylarında 1117,7 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8% azdır.
2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,9%, təzə tərəvəz – 49,1%, kartof – 4,3%, qara metallardan borular – 5,0 dəfə, pambıq ipliyi – 15,3% artıb, şəkər ixracı isə 46,9%, bitki yağları – 59,9%, çay – 72,3%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,8%, polietilen – 3,2%, emal olunmamış alüminium – 23,4% azalıb.
2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2016-cı ilin yanvar-noyabr aylarında buğda idxalı 15,3%, xam şəkər və şəkər – 34,8%, bitki yağları – 21,0%, təzə meyvə – 17,2%, kərə yağı, digər süd yağları və pastaları – 9,2%, çay – 81,3%, kartof – 48,4%, quş əti və onun əlavə məhsulları – 3,8 dəfə, təzə tərəvəz – 82,1%, mal əti – 0,1%, mebel – 21,0%, hesablama maşınları, blok və qurğuları – 3,2 dəfə, mineral gübrələr – 7,5%, rezin şinlər – 38,4%, məişət kondisionerləri – 5,3 dəfə artıb, minik avtomobillərinin idxalı isə 81,6%, qara metallardan borular – 51,3%, polad prokatı – 0,6%, qara metallardan çubuqlar – 61,3%, polietilen – 23,4%, qara metallardan künclüklər – 36,8%, sement və sement klinkerləri – 15,3% azalıb.
AzVision.az