Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar ucuzlaşaraq 53,17 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,72 dollar azalaraq 55,52 dollar olub.