Müdafiə Nazirliyi ilə Dini Komitə tədbirlər planı imzaladı

Müdafiə Nazirliyi ilə Dini Komitə tədbirlər planı imzaladı
  31 Yanvar 2017    Oxunub:1168
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.
Bu barədə AzVision.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların, tarixçilərin, elm xadimlərinin və ilahiyyatçı alimlərin iştirakı ilə “dəyirmi masa”ların təşkili də nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti