`Qanun layihəsi hara getdi, necə oldu, bilmədik`- Deputat
Millət vəkili bildirib ki, “Maliyyə nəzarəti haqqında” qanun layihəsinin və Rəqabət Məcəlləsinin bu ilin yaz sessiyasında müzakirəyə çıxarılması yaxşı olardı. Onun sözlərinə görə, rüşvətxorluğun, korrupsiyanın qarşısını almaq istəyiriksə, “Maliyyə nəzarəti haqqında” qanun layihəsinin qəbul olunması vacibdir: “Bizə bildirilmişdi ki, “Maliyyə nəzarəti haqqında” qanun layihəsi üzərində işləyirlər. Amma təəssüflər olsun ki, bu qanun layihəsi Milli Məclisə daxil olmayıb. Belə bir qanunun qəbul olunmasını vacib sayıram. Xahiş edirəm ki, qanun layihəsi gündəliyə salınsın”.
Deputat Rəqabət Məcəlləsinin gündəliyə salınmasını da xahiş edib: “Rəqabət Məcəlləsi II oxunuşda qəbul olunub. Sonra bu qanun layihəsi hara getdi, necə oldu, bilmədik. 11 ildir qəbul olunmur. Qanun qəbul olunmayacaqsa, açıq demək lazımdır. İxrac yönümlü məhsulları artırmaq istəyiriksə, inhisarçılığa son qoyulmalıdır, monopoliyanı aradan qaldırmaq lazımdır. Bu baxımdan Rəqabət Məcəlləsi qəbul olunmalıdır”.
Spiker Oqtay Əsədov “Maliyyə nəzarəti haqqında” qanun layihəsi üzərində iş getdiyini deyib. Spiker bildirib ki, qanun layihəsi hazır olmalıdır ki, Milli Məclisə daxil olsun.
Anar Kəlbiyev
AzVision.az