Nazirlik mətbuatda yayılan xəbəri təkzib etdi

Nazirlik mətbuatda yayılan xəbəri təkzib etdi
  23 Fevral 2017    Oxunub:2352
Gənclər və İdman Nazirliyi Azərbaycanın İslam Həmrəyliyi oyunlarında iştirak etmək üçün Küveytin maliyyə xərclərini öz üzərinə götürməsi ilə bağlı yayılan xəbərlərə yadınlıq gətirib.
AzVision.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, bəzi media orqanlarında yayılan xəbər yanlışdır.

“Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz! Çünki, Küveyt Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən beynəlxalq yarışlardan iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi, İdman qurumları idman tədbirlərini BOK-nin tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil”.

Qeyd edək ki, Bakıda keçiriləcək dördüncü İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün 53 ölkə rəsmi qeydiyyatdan keçib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti