Sarkisyan 6 naziri özü ilə Moskvaya apardı - Yenilənib

Sarkisyan 6 naziri özü ilə Moskvaya apardı - Yenilənib
  14 Mart 2017    Oxunub:1799
Ermənistan prezidenti Serj Sarkisyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti artıq Rusiyadadır.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, prezidentin təyyarəsi “Vnukova-2” hava limanına enib.

Ermənistan prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinə baş nazirin müavini, inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyan, müdafiə naziri Vigen Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan, iqtisadi inkişaf və investisiya naziri Suren Karayan, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyan, kənd təsərrüfatı naziri İqnatiy Arakelyan və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı Sarkisyan rusiyalı həmkarı Vladimir Putin və baş nazir Dmitri Medvedyevlə görüşəcək. Sarkisyan, həmçinin Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət Universitetinin tələbələri və müəllimləri ilə görüşəcək.

***
(11:24)

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Rusiyaya səfər edəcək.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq və iki gün davam edəcək.

Məlumata əsasən Ermənistan prezidenti ilə yanaşı Moskvaya müdafiə naziri Vigen Sarkisyan da gedəcək.

Martın 15-də baş tutacaq görüş zamanı siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığa dair əsas məsələlər, həmçinin Avrasiya məkanında qarşılıqlı fəaliyyət inteqrasiyasının inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir.

Məlumata əsasən görüş zamanı Putin və Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılacaq.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   Sarkisyan   Putin  





Xəbər lenti