Deputatlarımız Brüsselə səfər edəcək
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid Makallisterin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri avropalı deputatlarla bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin hazırkı durumu və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 13-də başa çatacaq.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: MilliMəclis Brüssel