Femida.az-ın 2 yaşı tamam oldu

Femida.az-ın 2 yaşı tamam oldu
  13 Aprel 2017    Oxunub:11527
Bu gün Femida.az saytının 2 yaşı tamam olur. İnternet mediasının sürətlə inkişaf etdiyi bir vaxtda Femida.az saytı 2 il ərzində ölkənin ən populyar hüquq portalına çevrilə bilib. Sayt qısa bir zamanda geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Saytda hüquq və hüququn müxtəlif sahələrini əhatə edən fikirlərə, xəbərlərə yer ayrılır. Məqsəd, hüquq sahəsində yaranmış informasiya boşluğunu doldurmaq və ictimaiyyətə tərəfsiz, qərəzsiz xəbərlər vermək və eyni zamanda hüquq mədəniyyətinin yüksəldilməsidir.

Femida.az Azərbaycanda və dünyada baş verən yeniliklərə də yer ayırır. Həmçinin, saytda müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları da işıqlandırılır. Saytın işinin qurulmasında və istiqamətləndirilməsində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı, oxucular da fəal iştirak edə bilirlər.

Saytın redaktoru Günay Arda bildirib ki, Femida.az ölkədə yeganə hüquq yüklü saytdır. G.Arda redaktoru olduğu saytda 2 il ərzində görülən işlərdən söz açıb:

“Yarandığı gündən məqsədimiz oxuculara keyfiyyətli xəbər çatdırmaq, həmçinin hüquqi maarifləndirmə olub. Sevinirəm ki, qısa müddətdə redaktoru olduğum sayt kifayət qədər tanınır. Media qurumunun tanınmağı kifayət etmir. Femida.az-a oxucu etibar edir. Femida.az–da hüquqi maarifləndirmə ilə yanaşı Qarabağ, Xocalı həqiqətləri, Qərbi Azərbaycan mövzusu, erməni zorakılığı həmişə prioritet mövzu olub.

Kollektivimiz böyük olmasa da, gördüyümüz işlər uzaqdan sayımızı çox göstərir. Müxbir sayı iyirmini keçən saytlardan daha çox iş gördüyümüzün fərqindəyəm. Kopyalamadan uzağıq. Bizi maraqlandıran keyfiyyətdir. Femida.az Azvision.az ailəsinə daxildir. Mövzu azadlığına və rahat iş mühitinə görə baş redaktorumuz Vüsal Məmmədova təşəkkür edirik. Əminliklə deyə bilərəm ki, Azvision.az nadir normal iş mühiti olan media qurumlardandır. Burada bizi birləşdirən dövlətçilik idealogiyası, Qarabağ ağrısı var. Eyni ruhlu insanların bir yerdə çalışması iş həyatında böyük xoşbəxtlikdir”.



AzVision.az kollektivi adından həmkarlarımızı təbrik edirik.




Teqlər: Femida   Hüquq   Sayt   2yaş  





Xəbər lenti