Ermənistan müxalifəti seçkidən şikayət edəcək

Ermənistan müxalifəti seçkidən şikayət edəcək
  14 Aprel 2017    Oxunub:2431
Bu gün Ermənistan müxalifəti aprelin 2-də keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək. AzVision.az TASS-a istinadn xəbər verir ki, müxalifət seçkinin nəticələrini qeyri-legitim hesab edir.
“Erməni Milli Konqresi – Ermənistan Milli Partiyası” blokunun nümayəndələri bəyan ediblər ki, yaxın saatlarda ölkənin ən ali instansiyasına səsvermənin nəticələrinin legitim olmaması ilə bağlı ərizə təqdim olunacaq.

“Şübhəsiz ki, biz Konstitusiya məhkəməsinə müraciət edəcəyik”, - deyə Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.

Ermənistan qanunvericiliyinə əsasən səsvermənin nəticələri barədə şikayəti nəticələrin rəsmən elan olunmasından 5 gün sonra, saat 18:00- qədər təqdim etmək mümkündür.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Nəticələrə əsasən seçkidə ilk yeri səslərin 49,12%-ni toplayan Respublika partiyası tutub. İkinci yerdə “Tsarukyan” bloku (27,32 %) qərarlaşıb. Bülletenlərin 100%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,77 % səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,57%) qabaqlayıb.

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Seçki   Müxalifət   Şikayət  





Xəbər lenti