Türkiyədə helikopter qəzası: 12 nəfər öldü (Yenilənib)

Türkiyədə helikopter qəzası: 12 nəfər öldü (Yenilənib)
  18 Aprel 2017    Oxunub:4206
Türkiyənin Tunceli vilayətində göyərtəsində hakim və polislərin olduğu helikopterin qəzaya düşməsinin təfərrüatları məlum olub. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tunceli valiliyi qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğunu bildirib.
Qeyd olunub ki, aprelin 18-də saat 11:40 radələrində havaya qalxan “Sikorsky” tipli helikopterlə əlaqə təxminən 10 dəqiqə sonra kəsilib. Helikopterin göyərtəsində 12 nəfər olub. Onlardan 7-si polis, biri hakim, biri hərbi qulluqçu, 3-ü isə ekipaj üzvüdür.

Bölgəyə çox sayda axtarış-xilasetmə dəstələri göndərilib. Hadisə yerinə çətinliklə qalxan ilk axtarış-xilasetmə qrupu 12 nəfərin həlak olduğunu bildirib.

Ekipaj üzvlərindən biri “112 - təcili xilasetmə mərkəzi”nə zəng edərək 7 yaralının olduğu barədə mətbuatda xəbər yayılsa da bu məlumat öz təsdiqini tapmayıb.

**

Türkiyədə helikopter qəzası baş verib. Hadisə Tuncelidə qeydə alınıb.

AzVision.az “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, qəzaya düşən helikopterin içərsində 12 nəfər olub. Onlardan 7-si polis, 2 hakim, 3-2 heyət üzvüdür.

Helikopter yerli vaxtla saat 13.30-da radardan itib. Məlumata görə, helikopterdəki hakimlər seçki komissiyasının üzvləri olublar.

Axtarış-xilasetmə əməliyyatları üçün Diyarbəkirdən bir hərbi bölük və 10 xilasedici Tunceliyə göndərilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Qəza  





Xəbər lenti