Naqif Həmzəyev seçiciləri qəbul edib

Naqif Həmzəyev seçiciləri qəbul edib
  18 Aprel 2017    Oxunub:1684
38 saylı Nizami II (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyev hər həftə olduğu kimi bu dəfə də müraciətlərlə əlaqədar seçiciləri ilə görüşüb.
AzVision.az xəbər verir ki, Milli Məclisin deputatı Naqif Həmzəyev vətəndaşları ayrı-ayrılıqda qəbul edib, onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə əsasən məşğulluq, torpaq, təhsil, sosial, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər ediblər.

Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, bəzilərinin həlli məsələsi ilə bağlı seçicilər müvafiq təşkilatlara yönləndirilib. Millət vəkili ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını, seçicilərini maraqlandıran və narahat edən məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.

AzVision.az


Teqlər: Gəncə   NaqifHəmzəyev   qəbul  





Xəbər lenti