Kürdəmirdə tapılan qeyri-adi canlı kərtənkələ imiş - FOTO
“Bu, tam təhlükəsiz və zəhərsiz canlıdır. Kərtənkələlər fəsiləsinə aiddir. Abşerondan Qazaxa qədər bu kərtənkələyə rast gəlmək olar. Gəlmə deyil, yerli faunadır. O, çəyitkələr və xırda cücülərlə, zərərli və ziyanverici həşəratlarla qidalanır. İlanlar onu yeyir, zəhəri yoxdur. Televiziyada kadrlarda baxıram ki, onu kürəyi üstə çeviriblər, biri də deyir ki, təhlükəlidir, zəhərlidir. Bu, nadanlıqdan, məlumatsızlıqdan irəli gəlir. Sensasia, stəkanda fırtına yaratmaq istəyirlər”.
E.Yusifov həmin kərtənkələləri öldürməməyi məsləhət görüb.
Aytən Zəhra
AzVision.az
Teqlər: