Gürcüstanda işıq pulu qalxa bilər

Gürcüstanda işıq pulu qalxa bilər
  04 İyul 2017    Oxunub:1685
Gürcüstan bu ilin ilk yarısında elektrik enerjisi idxalını 5% artırıb.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, tendensiya belə davam edərsə, elektrik enerjisinin idxalı 2017-ci ilin sonunadək 1,5 milyard kilovat saata çatacaq. Bu isə elektrik enerjisinin tarif qiymətlərinin artmasına səbəb olacaq.

Gürcüstan parlamentinin deputatı Rezo Arveladze mətbuata açıqlamasında deyib ki, hökumət enerji sektoruna yönəlmiş investisiyaları azaldıb. Bu isə ölkənin qonşu ölkələrdən asılılığını artırır. Ölkə özü enerji istehsal etmədikdə məcburdur ki, enerjiyə olan tələbatını qonşu dövlətlərdən alacağı elektrik enerjisi hesabına ödəsin.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Gürcüstan   İşıq-pulu  





Xəbər lenti