2 yaşlı Zəhra və nənəsinin yas xərclərini dövlət ödəyəcək

2 yaşlı Zəhra və nənəsinin yas xərclərini dövlət ödəyəcək
  05 İyul 2017    Oxunub:18764
Ötən gün düşmən təxribatı nəticəsində həlak olan 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızının yas xərclərini Füzuli Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb.
Bunu AzVision.az-a Füzulinin icra başçısı Alı Alıyev deyib. O, bildirib ki, mülki əhaliyə atəş açmaq vəhşilikdir.

“Səhərə kimi Alxanlıda olmuşuq. Bu, ermənilərin növbəti təxribatıdır. İki yaşlı qızın qətlə yetirilməsi sadəcə vəhşilikdir. Axı Zəhranın nə günahı var ki?! Bu hadisəni təsadüf kimi qiymətləndirmirəm. Mülki əhaliyə atəş açaq olmaz. Vəhşilik ermənilərin xislətindən irəli gəlir”.

İcra başçısı, həmçinin qeyd edib ki, kənddə təhlükəsizlik tədbirləri gücləndirilib: “Kənddə təhlükəsizliklə bağlı çox ciddi adımlar atılıb. Polis postları qurulub”.

A.Alıyevın sözlərinə görə, dünyasını dəyişən şəxslərin ailə üzvlərinə maddi yardım ediləcək.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Alxanlı   Füzuli   İcra-başçısı  





Xəbər lenti