Ermənistanın 5 hərbçisi məhv edilib, 4-ü yaralanıb

Ermənistanın 5 hərbçisi məhv edilib, 4-ü yaralanıb
  05 İyul 2017    Oxunub:6067
Ötən gecə təmas xəttində təxribata əl atan Ermənistan silahlı qüvvələri ağır itki verib.
AzVision.az xəbər verir ki, bu barədə ermənilər özləri sosial şəbəkələrdə məlumat yayıblar.

"Armenians" səhifəsində paylaşılan məlumata əsasən 5 erməni hərbi qulluqçu ordumuz tərəfindən cavab atəşi ilə məhv edilib, 4 əsgər isə ağır yaralanıb.

Yaralı hərbçilərin Xankəndi hospitalına yerləşdirildiyi bildirilir. Hazırda ölən və yaralıların adları dəqıqləşdirilir.

Ermənistanın Müdafiə Nazirliyi isə hələ də bu barədə açıqlama yaymayıb. Görünür, düşmən tərəfi adəti üzrə itkilərini gizlətməyə çalışır.



Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti