Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçiriləcək

Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçiriləcək
  06 İyul 2017    Oxunub:1359
Niderland Krallığında yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, aksiyada “Ermənistan, təcavüzə son qoy!”, “Uşaq qatiləri cəzasız qalmasın”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək.

Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması barədə məlumat dünya birliyinin diqqətinə çatdırılacaq.

Niderland Avropalı Azərbaycanlıları Cəmiyyətinin sədri Emil Əliyev digər ölkələrdə yaşayan azərbaycanlıları da aksiyaya qoşulmağa dəvət edib.

Artıq aksiyanın keçirilməsi ilə əlaqədar, icazənin alınması üçün müvafiq orqanlara müraciət olunub.

Aytən Zəhra
AzVision.az



Teqlər: Niderland   Ermənistan   Etiraz   Alxanlı  





Xəbər lenti