“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” yaradıldı
Daha sonra çıxış edən “BestComp Group” şirkətinin Müşahidə Şurasının və növbəti 6 ayda ərzində “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”n Müsahidə Şurasının sədri Rauf Həsənov Azərbaycanda istehsal olunan intellektual məhsulların heç də digər ölkələrin məhsullarından geri qalmadığını bildirib. O, Konsorsiumun yaradılmasının Azərbaycan şirkətlərinin dünya bazarına çıxışını asanlaşdıracağını, rəqabətədavamlı məhsulların istehsalına böyük imkan yaradacağını qeyd edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azexport” portalı və “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” vasitəsi ilə Konsorsium üzvlərinin məhsullarının ixrac edilməsi üçün hər bir dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
Tədbirdə çıxış edən Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Əşrəf Şıxəliyev Konsorsiumun yaradılmasının şirkətlər qarşısında yeni imkanlar açdığını və dövlət qurumu olaraq şirkətlərə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən son illər Azərbaycanda informasiya texnologiyaları və rəqamsal iqtisadiyyatın formalaşması üçün çox mühüm addımlar atılır və bugünkü tədbirin keçirilməsi də bu sahədə atılmış uğurlu addımlardan biridir.
Daha sonra çıxış edən şirkət rəhbərləri yaradılan Konsorsiumun Azərbaycanda innovasiya texnologiyaları sahəsinin inkişafına daha da təkan verəcəyini qeyd ediblər. Qeyd edək ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” ilk olaraq Azərbaycanın innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirir və bu sahədə fəaliyyət göstərən şirkətlərin İttifaqı hesab olunur. Bu ittifaq Konsorsiuma daxil olan şirkətlərin mənafelərini qoruyacaq və onları beynəlxalq bazarda təmsil edəcək. İmzalanmış memorandumun məqsədi ölkəmizdə innovasiyalar sahəsində fəaliyyətin əlaqələndirilməsi, biznes mühitinin əlverişliliyinin, investisiya cəlb edilməsi və sahibkarlıq fəaliyyətinə dəstəyin artırılmasıdır. “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” ölkəmizin beynəlxalq bazarda rolunun artırılmasında da əlverişli olacaq. Belə ki, Konsorsium beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması, beynəlxalq ixrac imkanlarının gücləndirilməsi, beynəlxalq aləmdə intellektual brend kimi tanınan “ASAN xidmət” təcrübəsinin və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara inteqrasiya etməsində böyük rol oynayacaq.
Şirkətlər: “SİNAM”, “ULTRA”, “Best Solution”, “Neuron”, “İdrak”, “Cybernet”, “BESTCOMP, GROUP”, “GoldenPay”, “R.I.S.K COMPANY”, “İnnovasiyalar Mərkəzi”
AzVision.az
Teqlər: Asan-xidmət ASAN-ödəniş