İlham Əliyevə başsağlığı verdilər
Biz 1994-cü ildən əldə edilmiş atəşkəsin tez-tez pozulması ilə əlaqədar narahatlığımızı bildirməklə beynəlxalq ictimaiyyətin çağırışlarına qoşulur və münaqişənin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayırıq. Bütün regionun təhlükəsizliyinə təhdid olan münaqişəni üçüncü tərəflərin qızışdırmaq cəhdlərinin yolverilməz olduğunu qeyd etməyi özümüzə borc bilirik.
Bütün diplomatik kanallardan, eləcə də ATƏT-in və Minsk qrupunun üzvlərinin imkanlarından istifadə etməklə, atəşkəsin bir daha pozulmasına yol verməməyə çağırır və bildiririk ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və gələcək hücumların qarşısının alınması üçün beynəlxalq birliyin ciddi tədbirlər görməsinin vaxtı çatıb.
Bizi ciddi narahat edən odur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli hələ də reallaşmayıb. Biz Azərbaycana münasibətdə beynəlxalq hüququn ciddi şəkildə pozulmasına baxmayaraq, Sizdən qəsdən törədilən və münaqişənin təhlükəli şəkildə genişlənməsi üçün bəhanə olaraq istifadə edilə bilən təxribatlarla bağlı təmkinli olmağı xahiş edirik.
Cənab Prezident, xahiş edirik, bizim ən dərin hörmətimizi və ehtiramımızı qəbul edin".
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Alxanlı Başsağlığı