Gömrükdə narkotik əməliyyatı

  14 Sentyabr 2017    Oxunub : 341
Gömrükdə narkotik əməliyyatı

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə Rusiya istiqamətindən daxil olan Gürcüstan vətəndaşının üzərindəki əşyalara baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə - metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: Gömrük   Narkotik