Nazarbayevin Azərbaycana səfəri gözlənilir

Nazarbayevin Azərbaycana səfəri gözlənilir
  25 Oktyabr 2017    Oxunub:2209
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri gözlənilir.
Bu barədə AzVision.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd edilib ki, səfərin dəqiq vaxtı məlum deyil.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək. Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və digər rəsmilər iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qazaxıstan   Nazarbayev  





Xəbər lenti