İlham Əliyev İraqın Baş nazirinə məktub göndərdi

İlham Əliyev İraqın Baş nazirinə məktub göndərdi
  13 Noyabr 2017    Oxunub:1345
Azərbaycan Prezidenti İlham Əliyev İraq Respublikasının Baş naziri Heydər əl-Abadiyə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Baş nazir,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”.

AzVision.az



Teqlər: İlham-Əliyev   İraq  





Xəbər lenti