SOCAR rəhbərliyi Natiq Əliyevi unutmadı - FOTOLAR

SOCAR rəhbərliyi Natiq Əliyevi unutmadı - FOTOLAR
  23 Noyabr 2017    Oxunub:7531
SOCAR-da Azərbaycanın mərhum energetika Natiq Əliyevin xatirəsi anılıb.
Əvvəlcə SOCAR-ın, Energetika Nazirliyinin və müxtəlif dövlət qurumlarının rəhbərliyi II Fəxri xiyabana gələrək ictimai-siyasi xadim, mərhum energetika naziri, "Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyaraq onun xatirəsini dərin ehtiramla yad edib.



Anım tədbirində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün mərhum energetika naziri Natiq Əliyevin 70 illik yubileyidir. SOCAR-ın prezidenti Natiq Əliyevin Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olduğunu deyib.



Qeyd edib ki, Natiq Əliyevin adı Azərbaycan nefti, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, məşhur “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır: "O bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı".



Sonra tədbir iştirakçıları "CBC" kanalında mərhum energerika naziri Natiq Əliyevə həsr edilən sənədli filmi canlı izləyiblər. Xatırladaq ki, Natiq Əliyev bu il iyunun 9-da, ömrünün 69 ilində həyatdan köçüb.(AzerTac)

AzVision.az


Teqlər: SOCAR  





Xəbər lenti