“Azərişıq" jurnalistlərə ikigünlük seminar keçib

“Azərişıq" jurnalistlərə ikigünlük seminar keçib
  27 Noyabr 2017    Oxunub:2142
Noyabrın 25-i və 26-da “Azərişıq” ASC-nin Tədris Mərkəzində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Azərişıq – Azərbaycan paylayıcı elektrik şəbəkələri” mövzusunda ikigünlük seminar keçirilib.
Seminarın keçirilməsində əsas məqsəd respublikanın sosial-iqtisadi inkişafında aparıcı rol oynayan “Azərişıq” ASC-nin fəaliyyəti və onun həyata keçirdiyi işlər - paylayıcı elektrik şəbəkələri, mövcud yarımstansiyalar, elektrik verilişi xətləri, perspektiv inkişaf və s. haqda KİV nümayəndələrini ətraflı məlumatlandırmaqdır.

“Azərşıq” ASC-nin İnsan Resursları Departamentinin direktoru Xalid Təhməzov KİV-in ölkəmizin həyatında xüsusi rolunu vurğulayıb, KİV nümayəndələri ilə "Azərişıq" ASC-nin əlaqələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, "Azərişıq" daim mətbuatla münasibətlərini şəffaf qurub, bu tədbir də növbəti belə layihələrdən biridir.
Məqsəd elektroenergetikadan yazan KİV nümayəndələrinə "Azərişıq" haqda, onun fəaliyyət spesifikası mövzusunda daha ətraflı və xüsusi bir formatda bilgi verməkdir. Eyni zamanda, dövlət təşkilatlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasının KİV-in mühüm vəzifələrindən hesab olunduğunu bildirib və seminarın məhz mətbuat nümayəndələrinin fəaliyyətinə böyük kömək göstərəcəyini qeyd edib.

Seminarda “Azərşıq” ASC-nin əməkdaşları mətbuat nümayəndələrinə elektroenergetika sisteminin tərkib hissəsi olan paylayıcı şəbəkə, yarımstansiyalar avadanlıqlar, elektrik verilişi xətləri haqda məlumat verib, ASC-nin perspektiv fəaliyyətindən danışıblar.

Mətbuat nümayəndələri Tədris Mərkəzində Azərbaycan elektroenergetikasının tarixi haqda müəyyən bilgilər aldıqdan sonra Binəqədi rayonunda yerləşən 1914-cü ildə tikilmiş, 2009-cu ildə bazasında yaradılmış “Yarımstansiya muzey”ə ekskursiya ediblər.
Seminarın ikinci günü məruzəçilər tərəfindən elektrik enerjisinin uçotunun qurulması və istehlakına nəzarət, elektrik sayğacları, smart-sistemlər, paylayıcı qurğular və sair haqda KİV nümayəndələrinə məlumat verilib, günün sonunda “Azərşıq” ASC-nin 110 kilovoltluq yarımstansiyalarından biri olan MDB məkanında eleqaz izolyasiyalı avadanlıqları ilə yaradılmış ilk qapalı “İçərişəhər” yarımstansiyasına ekskursiya təşkil olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

AzVision.az


Teqlər: “Azərşıq”   Seminar   Təlim  





Xəbər lenti