Xəzərdən 370 min tondan çox zibil çıxdı

Xəzərdən 370 min tondan çox zibil çıxdı
  16 Yanvar 2018    Oxunub:1993
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gəmilərinin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır.
AzVision.az xəbər verir ki, bu barədə Gəmiçiliyin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

2017-ci ildə Cəmiyyətin həm sahil, həm də dəniz obyektlərində formalaşan 141333 ton çirkab məişət-təsərrüfat suyu, 4501,4 ton neftli döşəməaltı su, 90,474 ton yağlı əski, 54,111 ton sintetik propilen buraz kəndir qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi tərkibli məmulat bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Həmçinin, 126 ədəd yararsız akkumulyator, 594 ədəd nasaz avtomobil şini, 75,811 ton rezin tullantısı, 213 ədəd yanacaq, 663 ədəd yağ və 343 ədəd hava süzgəcləri, 1,083 ton toner-katric, 344,98 ton keramik qırıntı, 64,99 ton işlənmiş boya qabı və boya tullantıları, 485,24 ton taxta tullantı, 60 ton tibbi tullantı, 169,702 ton şüşə qırığı, 226,825 ton sellüloz tullantısı, 223,618 ton tekstil parça qalığı, 335,324 ton polimer əsaslı və plastmas tullantı, 820,106 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 0,19 ton neft-su qarışığı, habelə 38,48 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.

AzVision.az


Teqlər: Xəzər   zibil  





Xəbər lenti