Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır

Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır
  18 Yanvar 2018    Oxunub:1971
“Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yanlışdır.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Rəsmi məlumatda qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir: “Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”.

Qeyd edək ki, Ermənistan mətbuatı 1987-ci il təvəllüdlü Adibek Mikoyanın Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralandığı barədə məlumat yayıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Ermənistan  





Xəbər lenti