Suraxanı və Pirallahıda güclü yanğın

Suraxanı və Pirallahıda güclü yanğın
  19 Fevral 2018    Oxunub:1534
Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 500 m2 olan tikilinin yanar konstruksiyaları, içərisində təkər və məişət tullantıları 250 m2 sahədə yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bakı şəhəri, Pirallahı rayonunda isə ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağı 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   FHN   Bakı  





Xəbər lenti