Dərmanların keyfiyyətsiz olması ilə bağlı iradlara rəsmi cavab

Dərmanların keyfiyyətsiz olması ilə bağlı iradlara rəsmi cavab
  20 Fevral 2018    Oxunub:1792
"Dərmanın əlavə təsiri və doza həddinin aşılması insanlar tərəfindən keyfiyyətsiz kimi qəbul edilir".

AzVision.az xəbər verir ki, bunu Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin müdiri Ulduz Eyvazova dərman vasitələrinin keyfiyyəti ilə bağlı narazılıqlara aydınlıq gətirərkən deyib.
U.Eyvazova bildirib ki, istər ağrıkəsici, istərsə də hər hansı xəstəlikdə istifadə edilən dərmanın istifadə qaydası var.

“Hər bir dərmanın içlik vərəqində bu barədə məlumat yazılıb. Dərmanın düzgün qəbul edilməməsi, ev şəraitində düzgün saxlanmaması səbəbindən bəzən zəhərlənmələr baş verir. Məsələn, şərbət, göz damcılarının ilkin açılmadan sonra 28 günə qədər yararlılıq müddəti var. Çox zaman təcrübədə görürük ki, uşaq üçün öskürəyə qarşı alınan şərbətlər ilk açılandan bir il sonra qəbul edilir. Bu zaman əlbəttə, istənilən keyfiyyət aşkar edilməyəcək. Bundan başqa, bəzən birdəfəlik yox, sutkalıq doza qəbul edilir”.

U.Eyvazova əlavə edib ki, dərman qəbul edilərkən bədənin fərdi həssaslıq dərəcəsini nəzərə almaq lazımdır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Dərman  





Xəbər lenti