Xarici kəşfiyyat orqanları Rusiyada aktivləşib

Xarici kəşfiyyat orqanları Rusiyada aktivləşib
  20 Fevral 2018    Oxunub:1438
Xarici xüsusi xidmət orqanları Rusiyada kompüter kəşfiyyatı üzrə öz hədəflərini əhəmiyyətli dərəcədə genişləndirib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev bildirib.

“Xarici ölkələrin xüsusi xidmət orqanlarının kompüter kəşfiyyatı üzrə hədəflərinin genişləndirildiyi görünür. Proqram və texniki vasitələrin tətbiqi üzrə müxtəlif ssenarilər hazırlanır və rellaşdırılır”, - deyə Patruşev qeyd edib.

Onun sözlərinə görə, xüsusi xidmət orqanlarının məqsədi informasiya-kommunikasiya şəbəkələrində və kritik Rusiya informasiya infrastrukturunun informasiya sistemlərində olan məlumatların ələ keçirilməsidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Patruşev   Kəşfiyyat  





Xəbər lenti