Tacikistan prezidenti Azərbaycana gəlir

  24 Fevral 2018    Oxunub : 777
Tacikistan prezidenti Azərbaycana gəlir
Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir: "Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".

Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb. (Trend)

AzVision.az

Teqlər: Tacikistan   Səfər   Azərbaycan