Zığ və Xocahəsən gölü təmizlənəcək

Zığ və Xocahəsən gölü təmizlənəcək
  13 Mart 2018    Oxunub:5027
Hazırda Zığ gölünün bərpası ilə əlaqədar layihələndirmə işləri davam etdirilir.
AzVision.az xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, layihələndirmə işləri payız aylarında başa çatacaq: “Layihələndirmə işlərini Belçika şirkəti aparır. İş bitdikdən sonra dövlətin qərarı ilə gölün suyunun təmizlənməsinə başlanılacaq”.

ASC rəsmisi gölün ümumi sahəsinin 100 hektardan çox olduğunu deyib: “Bu işlər Abşeron rayonunda olan 9 gölün suyunun ekoloji təmizlənməsi layihəsi çərçivəsində aparılır. Zığ gölünün təmizlənməsindən sonra Xocahəsən gölündə təmizlənmə işlərinə başlanılacaq. Artıq bununla bağlı Dünya Bankı ilə danışıqlar gedir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təmir-Şəhər   ASC   Zığ   Göl  





Xəbər lenti