Nazirliyə 1 milyondan çox müraciət edilib

  02 May 2018    Oxunub : 750
Nazirliyə 1 milyondan çox müraciət edilib
Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 30-a yaxın elektron xidməti fəaliyyət göstərir və aprel ayında bu xidmətlərə 1 mln. 335 min dəfədən çox müraciət olunub.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, “Elektron Hökumət” portalı üzərindən təqdim edilən e-xidmətlər əmək və sosial müdafiə sahələrində dövlət xidmətlərinin göstərilməsində şəffaflığa, həmin xidmətlərin müvafiq əhali qrupları üçün əlçatanlığına, onlardan real vaxt rejimində asan və rahat şəkildə istifadəyə, sosial təminat sistemində ünvanlılığın təmin olunmasına imkan verir.

Apreldə ƏƏSMN-nin bir sıra e-xidmətləri yenə də yüksək istifadə göstəricisi ilə diqqəti cəlb edib. Onlardan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti xüsusilə seçilir. İşçi və işəgötürənlər arasında əmək münasibətlərinin elektron qeydiyyatının həyata keçirilməsi üçün fəaliyyət göstərən həmin elektron xidmətə ötən ay 420 017 müraciət qeydə alınıb.

Eyni zamanda, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair vahid rüblük hesabatların təqdim edilməsinə şərait yaradan “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidmətinə son bir ayda 393 073 dəfə müraciət edilib.

Nazirliyin “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” 77 244 müraciət, “İş yerinə dair arayış” 61 166 müraciət, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” 38 275 müraciət və digər e-xidmətlərdən istifadə sayı mütəmadi olaraq artır.

Eləcə də “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiya kalkulyatoru”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və s. kimi e-xidmətlər əhalinin daimi maraq dairəsində olan e-xidmətlərdir.

AzVision.az

Teqlər: ƏƏSMN   Müraciət