Həyətində narkotik əkən Şabran sakini tutulub

Həyətində narkotik əkən Şabran sakini tutulub
  20 İyun 2018    Oxunub:1860
Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az-a verilən məlumata görə, iyunun 19-da Şabran RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kənd sakini Elşad Quliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 20-30 sm olan 10 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı həmin şəxs çətənə kollarını özü becərdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Çətənə  





Xəbər lenti