Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb

   Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb
  17 May 2024    Oxunub:587
Ötən il polisin keçirdiyi reydlər zamanı 342 azyaşlının küçə həyatına məruz qalması, o cümlədən dilənçilik etməsi və qeyri-qanuni qulluğa cəlb olunması aşkarlanıb.
Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb. Bildirilib ki, onları hüquqazidd əməllərə təhrik edən 345 valideyn haqqında qanunauyğun tədbirlər görülüb.

Həmçinin qeyd edilib ki, icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına uşaqlara müvafiq qayğı və yardım göstərilməsi, sosial problemlərinin həlli məqsədilə 504 material göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti