"Bakı Metropoliteni": "Yolun çökməsi bizlik deyil"

"Bakı Metropoliteni": "Yolun çökməsi bizlik deyil"
  15 İyul 2018    Oxunub:2523
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş vermiş çökmə metro tikintisi ilə bağlı deyil.
AzVision.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar qurumun nümayəndələri çökmə yerinə keçirilən baxış prosesində iştirak edirlər.

"Bununla yanaşı, operativ qaydada mümkün nəzəri ehtimalları da araşdırmaq məqsədilə "Bakı Metropoliteni" QSC-nin nümayəndələri bu ərazi istiqamətində tikinti meyadançasına və tunellərə təkrar baxış keçiriblər".

Məlumatda qeyd edilib ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı "B-04" olan metro stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb:

"Həmin ərazidə inşa olunan "B-04" stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz. Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb. Bütun bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz".

AzVision.az


Teqlər: Metro   Yol  





Xəbər lenti