"Paşinyan Azərbaycanın gücünü bilir” - Ziyafət Əsgərov
Vitse-spiker bildirib ki, Paşinyanın destruktiv bəyanatları qəbul edilə bilməz: “Birləşmiş Millətlət Təşkilatının tribunasını küçə nümayişinə çevirmək olmaz. Küçədə nümayişdə hər hansı söz deyə bilər. Amma BMT-nin tribunasından küçədə deyilənləri təkrar etmək heç bir dövlət rəhbərinə başucalığı gətirməz. Mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqları azad olunmalıdır. Bu, müzakirə obyekti deyil. Nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib, o, bütün layihələrdən kənarda qalacaq. Ermənistanda vəziyyət yenə də iqtisadi iflic vəziyyətində olacaq. Ermənistan bu vəziyyətdən heç vaxt çıxa bilməyəcəklər. Hər bir halda gec onların fikirləşməyə vaxtı var”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Ziyafət-Əsgərov Paşinyan