Rusiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub

Rusiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
  23 Oktyabr 2018    Oxunub:1491
Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə Moskvada səfərdədir.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, səfər çərçivəsində Yəhya Musayevin Rusiyanın sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev ilə görüşü olub.

Görüşdə iki ölkənin müdafiə sənayesi üzrə fəaliyyət göstərən qurumları arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Eyni zamanda, əməkdaşlığın genişləndirilməsinə dair hər iki tərəfin niyyəti ifadə olunub və geniş fikir mübadiləsi aparılaraq prioritet istiqamətlər üzrə razılıq əldə edilib.

Yəhya Musayev dəvətə və səfərin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti