Qərargah: Sürüşmə zonasında uçqun davam edir

 Qərargah: Sürüşmə zonasında uçqun davam edir
  25 Oktyabr 2018    Oxunub:1115
Badamdarda sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azvision.az-a verilən məlumata görə, sürüşmənin yuxarı hissəsində uçqun, töküntü prosesləri davam edir.

Sağ və sol hissədə olan çatlarda nisbi genişlənmə qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Azvision.az


Teqlər: ETSN   Sürüşmə  





Xəbər lenti