Prezident 6 nəfərə ali xüsusi rütbə verdi

Prezident 6 nəfərə ali xüsusi rütbə verdi
  20 Noyabr 2018    Oxunub:3321
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Bundan başqa sərəncama əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilova, Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadəyəna, İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti