Daxili orqanlarında 380 qram heroin gizlətdilər - FOTOLAR

 Daxili orqanlarında 380 qram heroin gizlətdilər -  FOTOLAR
  23 Noyabr 2018    Oxunub:1686
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən Azvision.az-a verilən məlumata görə, noyabrın 19-da “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana gələn İran vətəndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sərhəd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna görə saxlanılıb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Azvision.az


Teqlər: DSX   İran   Narkotik  





Xəbər lenti