“Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq” - Prezident

   “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq” -    Prezident
  24 May 2019    Oxunub:1818
"Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir"
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində çıxışı zamanı deyib.

“Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”, - deyən dövlət başçısı Cocuq Mərcanlı kəndinin və orada Şuşa məscidinin bənzərinin inşa olunmasının xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirib.

Prezident qeyd edib ki, Azərbaycanda tarixi, dini abidələr qorunur və son illərdə yüzlərlə məscid tikilib, təmir edilib:

"Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib".

Prezident İlham Əliyev Azərbaycanın uğurlu, dayanıqlı inkişafının bundan sonra da təmin olunacağını, ölkə qarşısında duran vəzifələrin icra ediləcəyini diqqətə çatdırıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti