Gürcüstan XİN-in Qarabağdakı “çempionat”a münasibəti

  03 İyun 2019    Oxunub : 835
 Gürcüstan XİN-in Qarabağdakı “çempionat”a münasibəti
Tanınmamış Dağlıq Qarabağda Abxaziya və Tsxinvali bölgələrindən futbol komandalarının iştirak etdiyi qondarma Avropa futbol çempionatı keçirilir. Həmin tədbirin təşəbbüskarı və təşkilatçısı CONIFA, yəni, tanınmamış bölgələrin Futbol Assosiasiyaları Konfederasiyasıdır. Əsasən tanınmamış bölgələrdən futbol komandalarından ibarət olan CONIFA və ona bənzər təşkilatları FIFA və UEFA tanımır. Buna görə, Abxaziya və Tsxinvali futbol komandalarının bu cür qondarma çempionatda iştirak etməsi işğalçı rejimlərə hər hansı legitimlik vermək üçün əsas deyil və ola da bilməz.
Azvision.az xəbər verir ki, bu fikirlər Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.

“Gürcüstan tərəfindən tanınmama istiqamətində həyata keçirilən siyasətə beynəlxalq ictimaiyyətin dəstəyi və mövqeyi dəyişməzdir. Bu, bir sıra beynəlxalq sənədlərdə və bəyanatlarda əks olunub. Tanınmama siyasətinin həyata keçirilməsi bizim xarici siyasətimizin prioritetlərindən biridir. Xarici İşlər Nazirliyi tanınmama və gələcək risklərin qarşısının alınması siyasətini gücləndirmək üzrə fəal işi davam etdirir”, - deyə XİN-in yaydığı məlumatda qeyd edilib.

Azvision.az

Teqlər: Gürcüstan   XİN   Qarabağ