“Şahzadə Qaşıqçının qətlində iştirak etməyib” - Tramp

  29 İyun 2019    Oxunub : 606
 “Şahzadə Qaşıqçının qətlində iştirak etməyib” - Tramp
“Şahzadə Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçının öldürülməsində iştirakı ilə bağlı heç bir dəlil yoxdur”
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, şahzadənin qətl hadisəsində iştirakına dair faktlar mövcud deyil.

Tramp xatırladıb ki, Qaşıqçı cinayəti ilə əlaqədar 13 nəfər saxlanılaraq məhkəməyə cəlb edilib: “Baş vermiş hadisə mənə xoş deyil. İndi Səudiyyə Ərəbistanında başqa şəxslərlə bağlı cinayət araşdırması aparılır. Bildiyimə görə günahlandırılanlar daha çox olacaq”.

Qeyd edək ki, ötən ilin oktyabrın 2-də səudiyyəli jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluqda qətlə yetirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tramp   Kaşoqi