Giorgi Qaxariya: “TANAP çox önəmlidir”

  01 Dekabr 2019    Oxunub : 1828
 Giorgi Qaxariya: “TANAP çox önəmlidir”
TANAP layihəsi artıq Avropa sərhədlərinə çatıb və Azərbaycan qazının Gürcüstan vasitəsilə nəqlinə imkan verəcək.

Azvision.az xəbər verir ki, bunu TANAP-ın Avropa bağlantısının açılış mərasimində iştirak edən Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib.
Baş Nazir layihənin Gürcüstanın siyasi, təhlükəsizlik və iqtisadi baxımdan güclənməsinə və inkişafına dəstək olacağını deyib.

Onun sözlərinə görə, TANAP enerji daşıyıcılarının nəqli baxımından əhəmiyyətli layihə olmaqla yanaşı, ölkəsinin tranzit funksiyasının önəmini daha da artırır: “Gürcüstan hökumətinin əsas vəzifələri sürətli iqtisadi artımı, yeni iş yerləri açılmasını və milli təhlükəsizliyi təmin etməkdir. TANAP layihəsi bütün bu tələblərə cavab verir”.

Azvision.az

Teqlər: TANAP   Qaxariya